Düşmənin, yaxud ovlanan heyvanın keçə biləcəyi yeganə yer, yol, keçid və s.(“Koroğlu” dastanının lüğəti)
Tanrı, yaman yerdə düşmüşəm dara,
Mənə özün kömək ol, aman, aman!
Tutulub bəndərgah, kəsilib bərə,
Tapmıram çıxmağa yol, aman, aman!
(“Məhbub xanımın Çənlibelə gəlməyi”)
*
Uşaqları yanına alıb Çənlibelin bütün bəndərgahlarını gözdən keçirtdi. Baxdı ki, vallah, dəlilər bəndərgahları elə tutublar, elə pusqular düzəldiblər, elə səngərlər basıblar ki, Hasan paşa nədi, lap xotkar özü də bütün dünyanı yığıb Çənlibelə töksə, genə də bir adam bu yerlərdən keçə bilməz. (“Koroğlunun Qars səfəri”)
*
Elçi dedi:
– Biz buraya axşam çatmışıq. Gecə ilə qoşunu bəndərgahlardan gizlədib, özü yüz-yüz əlli adamla səni bulaq başında gözləyir. (“Hasan paşanın Çənlibelə gəlməyi”)